"Latsio"nun baş məşqçisi Mauritsio Sarri ürək əməliyyatı keçirib.


Rekord.az İtaliya klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 66 yaşlı Sarriyə qulaqcıqların fibrillyasiyası diaqnozu qoyulub və italyan mütəxəssisin əməliyyatı uğurla həyata keçib.


O, yaxın günlərdə komandadakı işini bərpa edəcək.


"Latsio" A Seriyasında növbəti oyununu 2026-cı il, yanvarın 4-də "Napoli"yə qarşı keçirəcək.