İtaliyanın “Bolonya” klubunda koronavirusa iki yoluxma faktı qeydə alınıb.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, komandanın məşqçilər heyətinin iki üzvündə koronavirus aşkarlandığı bildirilib.

Virusa yoluxanların adları açıqlanmayıb və onlar karantinə alınıblar.