İsveçrəli futbolçu Bundesliqada klubunu dəyişdi
- 15 Yan 2026 19:30
- 135
Almaniya Bundesliqasının autsayderi "Haydenhaym" "Ştutqart"ın müdafiəçisi Leonidas Sterqiunu heyətətiə cəlb edib.
Rekord.az xəbər verir ki, 23 yaşlı isveçrəli futbolçu cari mövsümün sonuna qədər icarə əsasında "Haydenhaym"ın şərəfini qoruyacaq.
Futbolçu bu mövsüm 2 matçda "Ştutqart"ın heyətində meydana çıxıb və heç nə ilə yadda qalmayıb.
Leonidas Sterqiunun Ştutqart təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.