
İstedadlı futbolçu "Şamaxı"dan öz istəyi ilə ayrılıb
- 25 Okt 2022 14:00
- 628
Yalnız yerli futbolçulara güvənən, daha çox təcrübəsiz gənclərə bel bağlayan "Şamaxı"nın son illərin yetişən tək-tük istedadlarından olan Pərviz AZadovla yolları ayırması gözləniolməz oldu.
Məsələ ilə bağlı Rekord.az-a açlqlama verən komandanın baş məşqçisi Vüsqar Əsgərov bildirib ki, onlar futbolçunu göndərməyib.
Sadəcə, bir müddət zədədən əziyyət çəkən Pərviz özü "Şamaxı"da oynamaq istəməyib və klubdan ayrılmaq xahişi ilə rəhbərliyə müraciət edib. Klub isə futbolçunu məcbur saxlamaq istəməyib və gedişinə problem yaratmayıb.