İspaniya superkuboku 2026-cı il yanvarın 7-dən 11-dək Səudiyyə Ərəbistanında keçiriləcək.


Rekord.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyası məlumat yayıb.


Turnirdə "Barselona", "Real", "Atletik" və "Atletiko" iştirak edəcək.


Superkubok 2025-ci ildə də bu ölkədə baş tutub və "Barselona" qalib olub.