İspaniya - Avstriya matçının ən yaxşısı açıqlandı
- 01:47
- 32
Futbol üzrə dünya çempionatında İspaniya və Avstriya yığmaları arasında keçirilən 1/16 final matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Rekord.az xəbər verir ki, ispanların heyətində Lamin Yamal oyunun ən yaxşısı adına layiq görülüb.
Vinger sözügedən matçda (3:0) bir neçə dəfə qol vurmağa yaxın olsa da, fərqlənə bilməyib. Amma bu, onun matçın ən yaxşısı seçilməsinə mane olmayıb.