İsmayılıda “Məktəbli Kuboku”
- 10:30
- 32
İsmayıllı şəhər Talıstan liseyində “Məktəbli Kuboku” layihəsi çərçivəsində İsmayıllı rayonu üzrə yarışlara start verilib.
Rekord.az xəbər verir ki, tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əməkdaşları da iştirak ediblər. Yarışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Layihənin əsas məqsədi məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunu formalaşdırmaqdır.