
İslandiya millisinin üzvü rəsmən “Adana Dəmirspor”da
- 14 Avq 2021 11:20
- 614
Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi son klubu “Breşiya” olan Birkir Byarnasonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Byarnason İslandiya milli komandasında 98 oyunda 14 qol vurub. O, İtaliyada “Breşiya”, “Peskara”, “Sampdoriya”, İngiltərədə “Aston Villa”, İsveçrədə “Bazel” kimi klublarda çıxış edib.