
İsgəndərlinin komandası evdə xal itirdi
- 16 Fev 2025 18:00
- 112
Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin komandası “Boluspor” evdə “Amedspor”la qarşılaşıb.
Bolu təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib – 0:0. Vüsal bu görüşün 90-cı dəqiqəsində meydana buraxılıb.
“Boluspor” hazırda 34 xalla 12-ci pillədədir.