“Barselona”nın sabiq futbolçusu Andres İnyesta Xavinin Kataloniya klubunda baş məşqçi kimi işindən danışıb.

Rekor.az “Football Espana”ya istinadən xəbər verir ki, o, keçmiş komanda yoldaşının “Barselona”nı inkişaf etdirdiyini bildiriib:

“Komandanın içində olmayanda kənardan hər şey başqa cür görünür. Xavi “Barselona”ya keçdikdən sonra komanda inkişaf edib və hazırkı heyəti yaxşıdır. Bununla belə, baş verə biləcək şeylər var. Məsələn, bəzi şeylər Çempionlar Liqasındakı nəticə ilə müəyyən edilir”.

Qeyd edək ki, "Barselona" bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilməyib. Komanda hazırda La Liqada 31 xalla 2-cidir. Lider "Real"ın isə 32 xalı var.