“Atalanta”nın hücumçusu Papu Qomes A Seriyasının iki klubunun hədəfindədir.

Rekord.az xəbər verir ki, “İnter” və “Milan” 32 yaşlı futbolçunun xidmətində maraqlıdır.

“Atalanta”da vəziyyətindən məmnun olmayan Qomes qışda komandadan ayrılmağı planlaşdırır. Onun MLS klublarının da hədəfində olduğu bildirilir. Lakin “İnter” və “Milan”ın onunla təmasa keçərək, transferə razı salmağa çalışacağı gözlənilir.

Qomesin “Atalanta” ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.