İtaliyanın "İnter" klubunun qapıçısı Andre Onana Kamerun millisindəki karyerasını başa vurub.

Rekord.az xəbər verir ki, 26 yaşlı qolkiper bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Xatırladaq ki, yığmanın heyətində 34 oyun keçirən Onana Qətərdəki dünya çempionatı zamanı baş məşqçi Riqober Sonqla münaqişə ucbatından toplanışı yarımçıq tərk etmişdi. O, 2016-cı ildən Afrika komandasının formasını geyinirdi.