İtaliyanın "İnter" klubunun hücumçusu Lautaro Martines UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində qarşılaşacaqları "Barselona" (İspaniya) ilə cavab oyununu buraxa bilər.


Rekord.az xəbər verir ki, argentinalı futbolçu ilk qarşılaşmada (3:3) zədələndiyi üçün növbəti görüşdə meydana çıxmamaq təhlüləsi ilə üz-üzədir.


Müayinədən sonra 27 yaşlı oyunçuya sol ombanın əyilməsindən məsul olan əzələlərin gərginliyi diaqnozu qoyulub.


Lautaro Martines bu mövsüm bütün yarışlarda 47 matçda 21 qol vurub. "İnter" və "Barselona" komandaları arasında cavab matçı mayın 6-da gerçəkləşəcək.