"İnter" futbolçusu Milan Şkrinyara 70 milyon avro qiymət qoyub.

Rekord.az "Get French Football News"a istinadən xəbər verir ki, klub 27 yaşlı müdafiəçini bu qiymətdən aşağı satmağı düşünmür. Slovakiyalı oyunçu ilə maraqlanan PSJ-nin bu məbləği ödəməyə hazır olmadığı bildirilir.

Qeyd edək ki, Şkrinyar ötən mövsüm bütün yarışlarda 48 oyuna çıxıb və 4 qol vurub