"İnter Mayami" hücumçusu Luis Suaresin müqaviləsinin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


38 yaşlı uruqvaylı futbolçunun yeni sözləşməsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.


"İnter Mayami" və Luis Suares arasında mövcud sözləşmənin müddəti 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.


Suares 2024-cü ildən "İnter Mayami"də çıxış edir. Bu mövsüm o, klubda 32 oyunda 10 qol və 10 məhsuldar ötürmə müəllifi olub.