Argentinalı hücumçu Lionel Messi ABŞ-nin "İnter Mayami" komandası ilə müqaviləsinin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Yeni sözləşmə 2028-ci ilə qədər nəzərdə tutulub. Futbolçunun əvvəlki müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulmuşdu.


38 yaşlı Messi 2023-cü ilin yayından "İnter Mayami"də oynayır. O, karyerası ərzində "Barselona" və PSJ-də çıxış edib. Ulduz oyunçu "Qızıl top" mükafatının 8 qat sahibidir. Messi Argentina millisi ilə 2022-ci il dünya çempionatının qalibi olub.