
"İnter" 95 milyon avroluq təklifi rədd etdi
- 15 Apr 2022 13:43
- 439
İngiltərənin "Tottenhem" klubu heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
Rekord.az xəbər verir ki, London təmsilçisi "İnter"də çıxış edən Lautaro Martines üçün İtaliya klubuna rəsmi təklif göndərib. Lakin milanlılar "Tottenhem"in 95 milyon avroluq təklifini rədd edib.
Lautaro Martines "İnter"ə 2018-ci ilin yayında Argentinanın "Rasinq" klubundan transfer olunub. 24 yaşlı hücumçu cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 40 matçda 16 qol və 2 qol ötürməsi ilə yadda qalıb.