Luka Uilyams-Barnett İngiltərənin "Tottenhem" klubunun tarixində meydana çıxan 900-cü futbolçu olub.


Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisi məlumat yayıb.


16 yaşlı ingiltərəli hücumameyilli yarımmüdafiəçi buna "Donkaster"ə qalib gəldikləri Liqa Kubokunun 1/16 final oyununun 87-ci dəqiqəsində meydana çıxmaqla nail olub.


Qarşılaşma "Tottenhem"in 3:0 hesablı qalibiyyəti ilə bitib.