İngiltərə Futbol Liqasında 14 qarşılaşma təxirə salınıb.


Rekord.az xəbər verir ki, əlverişsiz hava səbəbindən bu gün, yanvarın 4-də keçirilməsi planlaşdırılan bir çox qarşılaşma baş tutmayıb.


Məlumata görə, Çempionşip çərçivəsində hakimlərin Şeffild və Portsmut şəhərlərində stadionlara baxış keçirməsindən sonra meydança örtüyünün oyun üçün yararsız olduğu müəyyənləşib. Nəticədə "Şeffild Yunayted" - "Oksford Yunayted" və "Portsmut" - "İpsviç Taun" qarşılaşmaları təxirə salınıb.


Bildirilir ki, əlverişsiz hava şəraiti aşağı liqalara da təsirsiz ötüşməyib. 1-ci Liqada 4, 2-ci Liqada isə 8 qarşılaşma meydançaların donması səbəbindən ləğv edilib.