"Vest Hem" qış "transfer pəncərəsi"ndə ilk futbolçu keçidini rəsmən açıqlayıb.


Rekord.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni transfer mövsümün ilk hissəsini Portuqaliya "Jil Visente"sində keçirən Pablo Felipedir.


22 yaşlı portuqaliyalı hücumçu ilə 4,5 illik müqavilə imzalanıb. Mediada bu transferin 23 milyon avroya başa gəldiyi yazılıb.


Felipe 2025/26 mövsümünün ilk hissəsində Portuqaliya çempionatında 12 oyun keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə verib.