"Sanderlend" İngiltərə Premyer Liqasında klub rekorduna imza atıb.


Rekord.az "Squawka" portalına istinadən xəbər verir ki, komanda buna VIII turda "Vulverhempton"a qalib gəlməklə (2:0) nail olub.


Klub tarixində ilk dəfə çempionatın ilk dörd ev matçında 10 xal qazanıb.


"Qurdlar" "Vest Hem" (3:0), "Brentford"u (2:1) da məğlub edib, "Aston Villa" ilə heç-heçə edib - 1:1.


"Sanderland" 8 turdan sonra 14 xalla yeddinci pillədə qərarlaşıb.