İngiltərə klubu 37 yaşlı qapıçı ilə müqavilə bağladı
- 03 Yan 2026 16:20
- 45
"Bornmut" 37 yaşlı qapıçı Freyzer Forsterlə müqavilə bağlayıb.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərə klubu açıqlama yayıb.
Təcrübəli qolkiperin müqavilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. O, yeni klubunda "17" nömrəli formanı geyinəcək.
Freyzer Forster 2025-ci ilin yanvarında "Tottenhem"dən ayrıldıqdan sonra klubsuz qalıb. O, karyerası ərzində Premyer Liqada 155 oyunda 204 qol buraxıb.