İngiltərə klubu 123 il əvvəlki antirekordunu təkrarladı
- 15:00
- 27
Ötən gün İngiltərə Premyer Liqasının XIX turunda "Mançester Yunayted"lə 1:1 hesablı heç-heçəyə razılaşan autsayder "Vulverhempton" 123 il əvvəlki antirekordu təkrarlayıb.
Rekord.az xəbər verir ki, "sarı-qaralar" bu nəticə ilə İngiltərədə mövsümün startından etibarən 19 turda qələbə qazana bilməyən ikinci komanda olub.
Sonuncu dəfə bu cür uğursuzluğu "Bolton" kollektivi (1902/1903) yaşayıb.
Qeyd edək ki, "Vulverhempton" cari mövsüm üç matçda bərabərə qalıb, 16 oyunda uduzub. Komanda 3 xalla turnir cədvəlinin axırıncı pilləsində yer alıb.