"Mançester Yunayted" bankdan 140 milyon funt sterlinq məbləğində kredit götürüb.

Rekord.az xəbər verir ki, "qırmızı şeytanlar" artıq vəsaiti alıb və məbləğdən yay transfer dönəmində istifadə edəcək.

Klub heyətinə ən azı 3 yeni futbolçu qatacaq. Daha öncə "Mançester Yunayted"in ümumi borcunun 429 milyon funt sterlinqdən çox olduğu yazılıb.

Koronavirus pandemiyası səbəbindən martda dayandırılan İngiltərə Premyer Liqasının oyunları gələn ay bərpa oluna bilər.