"İmişli"dən ayrılan futbolçu "Xankəndi" ilə müqavilə bağladı
- 24 İyl 2026 18:30
- 142
“Xankəndi” heyətini yeni hücumçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, 1-ci liqa təmsilçisi Xəzər Mahmudovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə 2026/27 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Xəzər Mahmudovun son klubu “İmişli” olub.