Mil-muğan Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə İmişli Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında karate üzrə İmişli rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, İmişli rayon cudo komandaları ilə yanaşı yarışda Beyləqan və Göyçay komandaları da iştirak edib.

Maraqlı keçən yarışda qaliblər Mil-Muğan RGİİ-nin diplom və medalları ilə təltif olunublar.