AFFA İmişli stadionunu öz balansına keçirmək istəyir.

Rekord.az xəbər verir ki, bunun üçün Həmkarlar İttifaqına müraciət də edildib.

Sözügedən stadion məhz bu qurumun balansındadır. Lakin planın reallaşması üçün tərəflər maliyyə məsələsində razılıq əldə etməlidir. Əldə etdiyimiz məlumata görə, stadionun federasiyanın balansına keçməsi üçün AFFA-dan 250 min manata yaxın pul istənilib. AFFA isə məbləğin daha aşağı olmasını istəyir. Danışıqlar da bu yöndə gedir.