
İlkin Qırtımov cavab oyununda oynayacaq?
- 26 İyl 2022 12:00
- 615
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"la ilk matçda zədələnən "Qəbələ"nin futbolçusu İlkin Qırtımov komanda ilə məşqlərə başlayıb.
Rekord.az xəbər verir ki, fərdi hazırlıq keçən müdafiəçi dünəndən kollektiv çalışmalarda iştirak edir.
Bununla belə, əldə etdiyimiz məlumata görə, onun macarlarla cavab görüşündə meydançaya çıxacağı inandırıcı deyil. Baş məşqçi Elmar Baxşıyev futbolçunun psixoloji durumunu nəzərə alaraq, bu riskə getmək istəmir.