İlin məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırıldı
- 16 Dek 2022 20:00
- 432
Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda ilin məşqçisi seçilən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırılıb.
Rekord.az xəbər verir ki, “Fairmont Baku” hotelində baş tutan tədbirdə futboil ictimaiyyətinin nümayəndələri, jurnalistlər və qonaqlar iştirak ediblər.
50 yaşlı mütəxəssis 67 jurnalist arasında təşkil olunan səsvermədə 54 səslə birinci olub.
Xatırladaq ki, Qurban Qurbanov 2009-cu ildən bu yana keçirilən sorğuda 12-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib.