FİFA ilin ən yaxşı baş məşqçisi adına namizədlərin yenilənmiş siyahısını açıqlayıb.

Rekord.az xəbər verir ki, "The Best" mükafatına iddialıların sayı 3-ə endirilib.

Bunlar İngiltərə "Liverpul"undan Yurgen Klopp, "Lids”dən Marselo Byelsa və Almaniya "Bavariya"sından Hansi Flikdir.

Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq.