
İliç onu komandadan kənarlaşdırıb
- 11:00
- 95
Ötən mövsümün ikinci yarısında "Sumqayıt"ın aparıcı futbolçularından olan Tressor Mossi bu mövsüm gözə dəymir.
Rekord.az xəbər verir ki, futbolçunun adı nəinki "Sumqayıt"ın iştirak siyahısında, heç PFL-in sifariş siyahısında da yoxdur.
Maraqlıdır ki, futbolçu özü Sumqayıtdadır və heç yerə getməyib. Əldə etdiyimiz məlumata görə, "Sumqayıt"ın baş məşqçisi Saşa İliç Mossini əsas heyətdən kənarlaşdırıb. Buna səbəb futbolçunun fiziki formasının serbiyalını qane etməməsidir. Mossi hazırda Sumqayıtda fərdi məşqlərlə kifayətlənir və gələcək taleyinin necə olacağını klubla müzakirə etməyib.