Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çempionatda mübarizə davam edir. 
Dünən ikinci turun növbəti oyunları keçirilib. Çoxsaylı qol epizodlarının izlənildiyi “Universitet”(NDU) - “Yaycı” matçında tələbələrin 10:5 hesablı qələbəsi qeydə alınıb. NDU təmsilçisi bu nəticə ilə “D” qrupundakı ilk matçını 3 xalla tamamlayıb.
Digər oyunda isə “A” qrupunda yer alan “Bənəniyar” və “Prestij” komandaları üz-üzə gəlib. Oyunu 1:8 hesablı üstünlüklə bitirən “Prestij” aktivinə 3 xalı əlavə edən tərəf olub.