
“İkinci hissədə oyunçular meydanda ürəyini qoydu”
- 17:40
- 42
“İmişli” bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunda “Qəbələ” ilə üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, Quba Olimpiya stadionunda keçirilən və 2:2 hesabı ilə başa çatan matçdan sonra “İmişli”nin baş məşqçisi Jorj Kaşkilyanın mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı oyunla bağlı bunları deyib:
“Çox çətin oyun idi. “Qəbələ”ni çətin rəqib kimi tanıyırıq. 4 xalları olmasına baxmayaraq, çox güclü komanda olduqlarını bilirdik.
Oyuna gəldikdə, iki qol buraxdıq. İkinci hissədə taktiki dəyişikliklərdən sonra oyunçular meydanda ürəyini qoydu. Yaxşı mübarizə getdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Hesabda 0:2 geri düşdüyümüz oyunda bir xal qazana bildik. Buna görə də, oyunun nəticəsindən razıyam.
Müdafiə xəttində problem yoxdur, müşahidə olunmur. Sadəcə, rəqiblərimiz də çox güclü olur. Qollar vurmaq və buraxmaq futbolun bir hissəsidir. Dediyim kimi, rəqiblərimiz də çox güclüdür. “Qəbələ”nin sürətli hücumçuları var.
Oyunçunun zədələnməsini görmədik. Sadəcə, eşitdik ki, baş məşqçi oyunçu əvəzləmək istəyir, ona görə epizoda belə reaksiya verdik”.