“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 finalında “Kəpəz”ə qarşı keçirdikləri cavab oyununu (2:2, ilk oyun 2:1) şərh edib.

Rekord.az xəbər verir ki, o, matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Öncə azarkeşlərimizə təşəkkürümü bildirirəm. Yarımfinal həyacanı yaşamaq istəyirdilər. Sevinirəm ki, komanda olaraq onlara bu sevinci bəxş edə bildik. Həqiqətən çətin oyun oldu. Rəqib son oyunlarda çox yaxşı təsir bağışlayırdı. Futbolçularıma təşəkkür edirəm. Kubok oyunu çempionat oyunlarından bir qədər fərqlənir. İlk dəqiqələrdə qol vursaq da, rəqib üstünlüyü ələ alıb qollar vurdu. İkinci hissədə demək olar ki, mərkəzdə taktiki savaş getdi. Ciddi epizod da vermədik. Qarşıdan gələn "Qəbələ" ilə oyuna hazırlaşacağıq. Yorğunluq var, zədəli futbolçularımızın sayı da çoxdur. Yenə də sevinirəm ki, şans verdiyim gənclər şanslarından istifadə edə bilirlər”.