İki komandaya texniki məğlubiyyət verildi
- 14:00
- 30
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda iki komandaya texniki məğlubiyyət verilib.
Belə ki, Gənclər Liqasında keçirilən “Şamaxı” FK - “Qarabağ” FK oyununda “Şamaxı” əvəzetmə limitini pozduğu üçün (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdır) bu komandaya texniki məğlubiyyət verilib. Hesab olduğu kimi saxlanılıb.
U-13 Liqasında keçirilməli olan “Sumqayıt City” - “Məhəllə uşaqları” oyunu “Sumqayıt City” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Sumqayıt City” komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.