
İkardi "Fənərbağça" üzərindəki qələbə haqda
- 10 Yan 2023 13:15
- 422
"Qalatasaray" Türkiyə Super Liqasının 18-ci turunda səfərdə "Fənərbaxça"nı 3:0 hesabı ilə məğlub edib.
Rekord.az xəbər verir ki, 75-ci dəqiqədə oyuna girib 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan Mauro İkardi matçdan sonra açıqlama verib.
Argentinalı hücumçu xoşbəxt olduğunu deyib: "Vacib olan oynamaq idi. Derbidə meydanda olduğuma görə məmnunam. 1 aydır hazırlaşırdım. Nəticə çox yaxşı oldu. Birbaşa rəqibimiz olan komandanı məğlub etdik. Çox xoşbəxtəm. Qol vurmağım normaldır. Mənim işim budur".