II Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
- 16:20
- 32
Azərbaycan II Liqasında "Ayın qolu" layihəsi çərçivəsində noyabrın ən yaxşı qolunun müəllifi olan "Şəmkir"in futbolçusu Ceyhun Rəcəbli mükafatlandırılıb.
Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Mükafatı XIII turun "Şəmkir" - "Quba" qarşılaşmasından əvvəl PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.