II Liqa klubu yeni ilə yeni sponsorla başlaya bilər
- 15:00
- 21
"Şəmkir" yeni ilə yeni sponsorla başlaya bilər.
Rekord.az-a daxil olan məlumata görə, Rusiyada yaşayan şəmkirli iş adamlarındanm biri komandaya sponsorluq etmək niyyətindədir.
Lakin müəyyən detallar var ki, bunlar aydınlaşmalıdır. Həmin şəxs əmin olmaq istəyir ki, klubun tam sahibi olacaq və kənardan kluba müdaxilə olmayacaq. Bundan başqa, stadionla bağlı da bəzi nüanslar aydınlaşmalıdır. Qısası, iş adamı istədiyi ortamın mövcudluğundan əmin olandan sonra sponsorluğa qəti razılığını verəcək.