Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci il üçün ən yaxşı qapıçının adını açıqlayıb.


Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.


IFFHS-nin versiyasına əsasən, bu ada İngiltərənin "Mançester Siti" klubunun qolkiperi Canluici Donnarumma layiq görülüb.


26 yaşlı "əlcək sahibi" 169 xalla birinci olub. "Real"dan (İspaniya) Tibo Kurtua ikinci (65 xal), "İnter"dən (İtaliya) Yann Sommer üçüncü (59), "Bayern"dən (Almaniya) Manuel Noyer dördüncü (50) və "Arsenal"dan (İngiltərə) David Raya beşinci (40) olub.