"İdman Paytaxtı" seçilən rayonun stadionunda nə lşıq var, nə də su
- 08 Yan 2026 11:00
- 158
2026-cı il üçün "İdman paytaxtı" seçilən Qazaxın mərkəzi stadionunda acınacaqlı vəziyyət hökm sürür.
Rekord.az xəbər verir ki, "TuranBank"ın "Göyəzən"dən və stadiondan imtinasından sonra idman qurğusu Həmkarlar İttifaqının balansına qayıdıb.
Lakin bu qurum arenanı ayaqda saxlamaq üçün faktiki heç bir iş görmür. Əldə etdiyimiz son məlumata görə, hazırda stadionda nə qaz var, nə də işıq. Su ilə bağlı vəziyyətin də yaxşı olduğunu demək olmaz. Arenanın su sistemi də yenidən qurulmalıdır. Qazaxlılar ümid edir ki, stadiona ya AGİN, ya da AFFA sahib çıxacaq.