İcra başçısı bu stadionda ot örtüyünü yeniləyir FOTOLAR
- 09 Yan 2026 11:00
- 168
İkinci dövrəyə hazırlıq çərçivəsində Ağstafa şəhər stadionunun ot örtüyü yenilənir.
Rekord.az xəbər verir ki, meydançanın daha keyfiyyətli və təhlükəsiz olması üçün torpaq qatının bərpası işləri aparılır.
Bununla yanaşı, stadionda ümumi təmir-bərpa işləri görülür, mövcud infrastruktur mərhələli şəkildə yenilənir. Bu işlərin həyata keçirilməsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun xüsusi əməyi var. Çünki bu işlər məhz onun tapşırğı ilə həyata keçirilir.