
İcarədən tez qayıtsınb deyə, 4 milyon ödəməyə hazırdılar
- 14 Yan 2022 14:43
- 535
“Çelsi” Emersonla bağlı “Lion”la danışıqlar aparır.
Rekord.az xəbər verir ki, London klubu onun icarədən daha tez qayıtmasına çalışır.
Ancaq “Lion” “Çelsi”nin təklifini 2 dəfə geri çevirib. “Təqaüdçülər” hazırda 4 milyon avro təklif edirlər ki, “Lion” futbolçunu daha tez buraxsın.
“Çelsi”nin müdafiəçisi Ben Çiluellu zədələnib və mövsümün sonuna qədər meydana çıxa bilməyəcək. Klub rəhbərliyi ən qısa vaxtda ona əvəzləyici tapmağı planlaşdır.
“Lion”da icarə əsasında çıxış edən Emersonun “Çelsi” ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.