
İbrahimoviç karyerasını bitirdi
- 05 İyn 2023 11:30
- 287
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç futbolçu karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, 41 yaşlı isveçli bunu İtaliya çempionatının “Milan” – “Verona” oyunundan sonra azarkeşlərlə vida mərasimində deyib:
“Futbolla vidalaşmağın vaxtıdır. Amma mən sizinlə sağollaşmıram, əziz azarkeşlər”.
İbrahimoviç İtaliya A Seriyasının son mövsümündə 4 matçda iştirak edib və 1 qol vurub.
O, “Barselona”, “Yuventus”, “İnter”, “Ayaks”, PSJ, “Mançester Yunayted”, “Malmö” və “Los Anceles Qalaksi” klublarında da oynayıb. Futbolçu İsveç millisində də 122 oyuna 62 qol vurub.