"Milan"ın futbolçusu Zlatan İbrahimoviç A seriyasının 24-cü turunda "İnter"lə oyunu buraxacaq.

Rekord.az "Football Italia"ya istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Stefano Pioli məlumat verib. O, isveçli hücumçunun sözügedən görüşə kimi hazır olmayacağını bildirib.

Qeyd edək ki, "İnter" - "Milan" matçı fevralın 5-i keçiriləcək.