I Liqa təmsilçisinin qapıçısı əsgər gedir
- 13:00
- 42
Maddi sıxıntı çəkən I Liqa təmsilçisi "Mingəçevir"də heyətlə bağlı da problemlər yaşanmaqdadır.
Rekord.az xəbər verir ki, maddi durum güclü transferlər həyata keçirməyə imkan vermir.
Bu azmış kimi, hazırkı heyəti qorumaq da çətinləşir. Bu arada, komandanın qapıçısı Sahib Həsənovun komandadan ayrılacağı dəqiqləşib. Belə ki, sözügedən əlcək sahibi yanvar ayında hərbi xidmətə yollanır. Bu isə "Mingəçevir"i qapıçı məsələsində daha da sıxıntıya salacaq.