
I Liqa klubu baş məşqçini istefaya göndərdi
- 13:32
- 84
I Liqanın son turunda MOİK-ə 1:4 hesabı ilə uduzan "Cəbrayıl"da baş məşqçi istefası reallaşıb.
Rekord.az xəbər verir ki, Bəxtiyar Soltanov postu ilə vidalaşıb.
Əslində buna rəsmi istefa da demək olmaz, çünki Soltanov baş məşqçi kimi komandanı oyunlara hazırlasa da, onun özünün B kateqoriyası olmadığı üçün adı rəsmi olaraq baş məşqçi kimi getməyib. "Cəbrayıl"ın hazırda rəsmi olaraq, baş məşqçisi yoxdur.