
I Divizionun başlama vaxtı məlum oldu
- 19 İyl 2021 14:00
- 665
I Divizionda növbəti mövsümün başlayacağı tarix müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu haqda sportinfo.az-a Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.
PFL rəsmisi xatırladıb ki, ötənilki yarışla müqayisədə, oyunçuların yaş limiti üzrə dəyişiklik var. Hansı ki, bununla bağlı ictimaiyyətə məlumat verilib:
”Növbəti mövsümün startı yayın ilk milli fasiləsindən sonraya - sentyabr ayının 10-14 tarixləri arasında planlaşdırılıb.
Klublara artıq bununla bağlı rəsmi məlumat verilib. Bu məlumat klubların hazırlığa başlaması və plan qurması üçün vacib