Növbəti mövsüm I Divizinda ciddi bir dəyişiklik olmayacaq.

Rekord.az-a bununla bağlı AFFA-ya yaxın mənbələrdən məlumat daxil olub.

Ola bilsin komanda sayında dəyişiklik olsun. Çünki “Qəbələ” və “Zirə”nin əvəzedici komandalarının I Divizionda çıxışı gözlənilir. Hər iki klub AFFA-dan yenidən maddi yardım xahiş etmək istəyir. Federasiya isə bu dəfəki yardım qarşılığında hər iki klub qarşısımda əvəzedici komandaların bərpası şərtini qoya bilər. O ki qaldı  divizionda yeni komandaların iştirakına, hazırda bununla bağlı hansısa məsələ gündəmdə deyil. “Araz Naxçıvan”la bağlı müəyyən söhbətlər dolaşsa da, Naxçıvan təmsilçisi I Divizionda iştirakla bağlı AFFA-ya heç bir müraciət ünvanlamayıb. İştirakla bağlı başqa müraciət və ehtimal da yoxdur.