Məlum olduğu kimi, koronavirus Premyer Liqa klublarında ciddi yayıldığı üçün çempionatın davam etdirilib-etdirilməyəcəyi də sual altındadır.

Lakin Rekord.az-a daxil olan məlumata görə, elitadan fərqli olaraq, I Divizionda belə bir problem yoxdur.

Yəni hansısa divizion klubunda yoluxma faktı qeydə alınmayıb. Ona görə də çempionat öz qaydasında davam etdiriləcək.