
Hüseynovun 300-cü oyunu
- 07 Noy 2022 12:40
- 402
Misli Premyer Liqasının XIII turu Bədavi Hüseynov üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, təcrübəli müdafiəçi “Qarabağ”ın heyətində 300-cü oyununu keçirib.
Bu yubiley “Kəpəz”lə ev matçına təsadüf edib. 31 yaşlı futbolçu komandasının 3:1 hesablı qələbə qazandığı qarşılaşmada meydana sonradan daxil olub.
Debütü 2012/13 mövsümünə təsadüf edən Bədavi bütün turnirlər nəzərə alınmaqla çıxdığı 300 görüşdə 4 qola imza atıb. O, “Qarabağ”ın tarixində 300 və daha çox oyun keçirən 10-cu futbolçudur.